İŞİD terrorçusunun arvadı “Reina” hücumundan danışdı
Bizi izləyin

Dünya

İŞİD terrorçusunun arvadı “Reina” hücumundan danışdı

İzmirdə əməliyyat təşkil edilib.

İstanbulda Yeni il gecəsi törədilən terror aktı ilə əlaqədar İzmirdə əməliyyat təşkil edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatda Konyadan İzmirə 20 gün əvvəl gələn və qırğızlarla uyğur türklərindən ibarət 27 nəfər saxlanılıb.

Üç ailənin üzvü olan şəxslərin “Reina” hücumunu həyata keçirən terrorçu ilə əlaqəsinin olub-olmadığı araşdırılır.

Terrorçunun həyat yoldaşı terror hücumu barədə televiziyadan öyrəndiyini və ərinin İŞİD-ə simpatiyasının olduğunu belə bilmədiyini deyib. Saxta pasportla ölkəyə daxil olan terrorçunun həyat yoldaşının ərinə dəstək verib-vermədiyi hələ məlum deyil.

Terror aktı ilə əlaqədar daha əvvəl 16 şübhəli saxlanılıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm