Dünya
Obamanın bu səhvi böyük müharibəyə səbəb oldu
Yanvarın 20-də postunu təhvil verəcək ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) şefi Con Brennan Barak Obamanı “ərəb baharı” ilə bağlı səhv siyasət aparmaqda ittiham edib.
Publika.az xəbər verir ki, C.Brennan Obamanın “ərəb baharı”nın mümkün nəticələrini səhv qiymətləndirdiyini deyib.
“Mən düşünürəm ki, Vaşinqtonda Prezident Administrasiyasının bəzi nümayəndələrinin də daxil olduğu qrupun “ərəb baharı”dan qeyri-real gözləntiləri var idi. Onlar hesab edirdilər ki, bu, rejimləri sıxışdıracaq və demokratiyanı inkişaf etdirəcək”, - deyə o bildirib.
CİA-nın şefi hesab edir ki, ABŞ-ın hərbi kontingentinin 2011-ci ildə İraqdan çıxarılması ilə ərəb ölkələrində qeyri-sabitlik daha da gücləndirdi:
“ABŞ qoşunlarının çıxarılması baş verənlərə birbaşa səbəb olmasa da, bu ümumi destabilizasiyanı sürətləndirdi. İŞİD-in təsir gücünün artmasına səbəb oldu. Lakin amerikalı əsgərlər İraqda qalsaydılar, onlar arasında itkilər olacaqdı. Bu baxımdan, ABŞ mürəkkəb seçim qarşısında qalmışdı”.
Rusiyalı politoloq Aleksandr İqnatenkon hesab edir ki, ABŞ Yaxın Şərqdə hər şeyi səhv etdi:
“Brennanın sözləri getməyə hazırlaşan Obama Administrasiyasının
bir növ siyasi qiymətidir. Amerika kütlələrin üsyanını yanlış
qiymətləndirdi, nəticədə isə qeyri-sabitlik və xaos yarandı”.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb
Tədqiqatları Mərkəzinin böyük elmi işçisi Boris Dolqov hesab edir
ki, Donald Tramp yanvarından 20-dən sonra “ərəb baharı”nın Yaxın
Şərqdə yaratdığı problemləri həll etmək məcburiyyətində
qalacaq:
"Tramp seçkiqabağı kampaniyasında ABŞ-ın xarici siyasətinə
yenidən baxmağın vacibliyi haqqında danışırdı. Lakin buna nə
dərəcədə nail olacağını demək hələlik tezdir. Andiçmədən sonra onun
aparacağı siyasət və tutacağı mövqe Yaxın Şərqin də gələcəyinə
təsir edəcək”.
Asif
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO