• USD 1,7000 0,00% EUR 2,0567 -0,75%
    • GBP 2,3990 -0,51% RUB 0,0236 -0,42%

Baş qərargah rəisi yol qəzasında öldü -YENİLƏNDİ \VİDEO

  • Dünya
  • 19 Yanvar 2017 12:25
  • 785 Baxış
Baş qərargah rəisi yol qəzasında öldü -YENİLƏNDİ

Tacikistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Zərif Bobokalonov paytaxt Düşənbə mərkəzində baş verən yol-nəqliyyat qəzasında həlak olub.

Publika.az xəbər verir ki, “İnterfaks” agentliyi bu haqda respublika Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirir.

İlkin məlumatlara görə, evə gedən general-mayor qəzaya düşən avtomobilin sükanı arxasında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “RİA-Novosti”yə bildiriblər ki, Bobokalonovda kəskin ürək çatışmazlığı olub. Yol-nəqliyyat hadisəsindən sonra onu xəstəxanaya aparıblar, amma general xəstəxanaya çatdırılanda artıq ölübmüş.

46 yaşlı Bobokalonov bu postu 2014-cü ilin yanvarında tutmuşdu.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR