Hakimiyyət icazə verdi: ABŞ-ın parçalanması üçün İLK ADDIM
Bizi izləyin

Dünya

Hakimiyyət icazə verdi: ABŞ-ın parçalanması üçün İLK ADDIM

Konstitusiya dəyişiklikləri əhalinin əksəriyyəti tərəfindən dəstəklənərsə, Kaliforniya konstitusiyasının əsas maddələri ləğv ediləcək.

“Yes California” hərəkatının üzvləri hakimiyyətdən konstitusiya dəyişikliyi üzrə referendumun keçirilməsi üçün imzatoplama kampaniyasına başlamağa icazə alıb.

Publika.az xəbər verir ki, bu barədə “Los Angeles Times” qəzeti yazıb.

Əgər referendum keçirilərsə və konstitusiya dəyişiklikləri əhalinin əksəriyyəti tərəfindən dəstəklənərsə, Kaliforniya konstitusiyasının əsas maddələri ləğv ediləcək. Bunlar “Kaliforniya ABŞ-ın ayrılmaz hissəsidir” və “Amerika konstitusiyası dövlətin əsas qanunudur” maddələridir.

Konstitusiyaya dəyişiklikləri isə öz növbəsində, Kaliforniyanın ABŞ tərkibindən çıxışı üzrə referendumun keçirilməsini mümkün edəcək.

Qeyd edək ki, “Yes California” hərəkatının üzvləri “Calexit”i - Kaliforniya ştatının ABŞ-dan ayrılmasını (Böyük Britaniyanın Avropa İttifaqından çıxması üçün aparılan “Brexit” kampaniyasının analoqu –red) dəstəkləyir. Donald Trampın prezident seçkilərində qələbəsi hərəkatının yaranmasına gətirib çıxarıb.

Kaliforniya ştatının sakinləri seçkilərdən dərhal sonra ABŞ-ın tərkibindən çıxmaq üçün çağırışlar etməyə başlayıblar. “Twitter”də “# Calexit” heşteqi reytinq qazanmağa başlayıb. Kaliforniyalılar şəxsi dövlətin yaradılmasını dəstəkləyirlər.

Xatırladaq ki, Kaliforniyada keçirilən seçkilərdə demokratların namizədi Hillari Klinton qələbə qazanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm