Dəniz uğrunda ABŞ-la böyük müharibə başlayır - VAXTI AÇIQLANDI
Bizi izləyin

Dünya

Dəniz uğrunda ABŞ-la böyük müharibə başlayır - VAXTI AÇIQLANDI

"Çin müharibəni praktik olaraq qaçılmaz hesab edir".

Çin hərbi komandanlığı Donald Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlarla müharibəni praktik olaraq qaçılmaz hesab edir.

Publika.az xəbər verir ki, bu haqda “Focus” jurnalı yazıb.

Məqalənin müəllifi xatırladır ki, ABŞ və Çin arasında Cənubi Çin dənizinin sularında hakimiyyət uğrunda çoxdan mübarizə gedir. Pekin bölgəyə iddia edir, ABŞ-ın region üzrə müttəfiqləri isə azad dəniz yollarının saxlanılmasında təkid edirlər.

ABŞ prezidenti Tramp Pekini dəfələrlə Cənubi Çin dənizinin mübahisəli adalarında “qalalar”ın tikintisində ittiham edib. Bundan başqa, Tramp Çini “valyuta manipulyatoru” adlandırıb.

ABŞ-ın indiki administrasiyası ilə Pekin arasında münasibətləri pisləşdirən daha bir məsələ Çinin “Tək Çin” siyasəti ilə Trampın razılaşmamasıdır. Tramp bildirib ki, “Tək Çin” siyasətindən imtina edə bilər. ABŞ-ın keçmiş prezidenti Barak Obama bu siyasətin tərəfdarı idi.

“Çin Tayvan dövlətini öz əyaləti hesab edir. Pekin Tayvanın müstəqilliyini tanıyan ölkələrlə diplomatik münasibətlər qurmaqdan imtina edir”, - deyə “Focus” jurnalının materialında deyilir.

Xatırladaq ki, Tramp 2016-cı ilin sonunda Tayvanın başçısı ilə telefon söhbəti edib. O, bununla da ABŞ-ın əvvəlki siyasi kursunu şübhə altına qoyub.

Yaxın vaxtlarda Çin Xalq Azadlıq Ordusu bəyanat verib. Bəyanatda Çinin Mərkəzi hərbi komissiyasının rəsmi nümayəndəsi müasir vəziyyətə öz baxışını ifadə edib. “İndiki prezidentin hakimiyyəti dövründə müharibə praktik olaraq reallıqdır”, - deyə bəyanatda bildirilir.

Hərbi məmur Pekinə Şərqi Çin və Cənubi Çin dənizlərinə qoşunlarını göndərməyi məsləhət görüb. O, həmçinin ABŞ-ı Asiya-Sakit okean regionunda öz strategiyasını yenidən fikirləşməyə çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm