Bu dağ kəndi öz pulunu dövriyyəyə buraxdı - - FOTO
Bizi izləyin

Dünya

Bu dağ kəndi öz pulunu dövriyyəyə buraxdı - - FOTO

Isenaunu buraxan fond bu yeni pul vahidi ilə 250 min frank toplamağı düşünürlər.

İsveçrədə yerli iqtisadiyyatı canlandırmaq üçün Isenau adında pul vahidi dövriyyəyə buraxılıb.

İsveçrənin ucqar bölgəsi olan Les Diablerets dağlarının zirvəsində yerləşən bir dağ kəndi öz iqtisadiyyatını qorumaq və inkişaf etdirmək üçün bu adımdı atıb.

Isenau Mnfəətlərini Müdafiə Fondu Les Diablerets dağlarındakı xizək meydançalarının şərəfinə hər biri 10 İsveçrə frankı dəyərində olan 50 min pul kəsib. İnsanları yerli məhsulları almağa təşviq etmək üçün 1 dekabr 2016-cı ildən bu yana İsveçrə frankı ilə paralel olaraq yerli iqtisadiyyatda dövriyyəyə girən Isenau aprelin sonuna qədər mağazalarda məhdud səviyyədə istifadə ediləcək.

“Laiterie du Petit Diable” adında bir pendir dünkanının sahibi Lucien Morerod yeni pul vahidinin işə yaradığını qeyd edir: “Isenau gerçəkdən işə yarayır. Məsələn, insanlar bizimlə alış-veriş edir, frankla verdiklərin pulun qalığını qaytararkən Isenau istəyirlər. Restoranlarda da belə hallar var”.

Isenaunu buraxan fond bu yeni pul vahidi ilə 250 min frank toplamağı düşünürlər. (moderator.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm