Rusiya SSRİ-nin məğlubiyyətinin əvəzini çıxır? - Əfqanıstanda dəyişən ROLLAR
Bizi izləyin

Dünya

Rusiya SSRİ-nin məğlubiyyətinin əvəzini çıxır? - Əfqanıstanda dəyişən ROLLAR

"Biz ABŞ və müttəfiqlərini Əfqanıstandan qovmaq istəyirik".

Rusiya Əfqanıstan münaqişəsinə müdaxilə etməklə və “Taliban” hərəkatını dəstəkləməklə münaqişənin nizama salınması üzrə ABŞ-ın səylərinə mane olur.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin respublikaçı senatoru Con Makkeyn Senatın silahlı qüvvələr üzrə komitəsinin iclasında deyib.

Senator həmçinin qeyd edib ki, İran da taliblərə kömək göstərir, hərəkatı maliyyələşdirir və silahlandırır.

Komitə iclasının gedişatında ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandanı, general Con Nikolson da eyni fikirləri dilə gətirib.

Qeyd edək ki, ABŞ və onun müttəfiqlərinin hərbi kontingenti 2001-ci ildən Əfqanıstandadır. Onlar terrorçulara qarşı əməliyyatlar həyata keçirir və yerli təhlükəsizlik güclərinə yardım göstərirlər.

Xatırladaq ki, hələ ötən ilin sonunda "Reuters" agentliyi Amerika rəsmiləri və hərbçilərinin Rusiya və "Taliban" arasında münasibətlərin inkişaf etməsindən son dərəcə narahat olduğunu yazıb. Əgər yazılanlara inansaq, proseslərin dəyişən ssenari üzrə inkişaf etdiyini deyə bilərik.

Məlum olduğu kimi, Əfqanıstanda vətəndaş müharibəsi Sovet İttifaqının ölkəni işğal etdiyi 1979-cu ildə başlanıb. “Əl-Qaidə” təşkilatına bağlı və ABŞ-ın Pakistan sərhədində yaratdığı ofislərdə “qeydiyyatdan keçən” əcnəbi yaraqlılar sovet Rusiyasına qarşı müharibəyə başladılar. Qərbin dəstəyi ilə on il çəkən bu müharibə bitəndə Əfqanıstan müstəqillik qazandı. Bu günlərdə isə döyüşçülərin Rusiya tərəfindən dəstəkləndiyi barədə Vaşinqtonda iddialar səslənir.

Con Nikolson 2016-cı ilin sonunda Vaşinqtonda keçirdiyi brifinqdə bu durumu son dərəcə təhlükəli adlandırıb.

Moskva Vaşinqtonun iddialarını rədd etsə də "Taliban" təmsilçiləri “Reuters"lə söhbətdə bunları deyib: “Bizim düşmənimiz ümumidir. Biz ABŞ və müttəfiqlərini Əfqanıstandan qovmaq istəyirik. Ruslar da istəyirlər ki, bütün xarici qüvvələr ölkədən çıxsınlar”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm