"Reina" terrorçusu barədə SON QƏRAR VERİLDİ
Bizi izləyin

Dünya

"Reina" terrorçusu barədə SON QƏRAR VERİLDİ

Abdülkadir Maşaripovun istintaqı yekunlaşıb.

Yeni il gecəsi İstanbul şəhəri Ortaköy rayonunda yerləşən "Reina" klubunda 39 nəfəri qətlə yetirən Abdülkadir Maşaripovun istintaqı yekunlaşıb.

Publika.az xəbər verir ki, istintaqdan sonra dindirilməsi başa çatan Abdulkadir Maşaripov həbs edilib. Bu gün İstanbul Təhlükəsizlik Şöbəsinin əməkdaşları tərəfindən dindirilən Abdulkadir Maşaripov sonradan İstanbul Ədalət Məhkəməsinə təhvil verilib. Məhkəmə qarşısına çıxan terrorçu hakim tərəfindən mühakimə olunub. Məhkəmədə “Türkiyə qanunlarına qarşı çıxma”, “Terrorçularla iş birliyi”, “Terrorçulara dəstək”, “Açıq şəkildə terror törətmə”, “dolu silahdan istifadə etmə”, “çoxsaylı insan ölümünə səbəb olma” və digər maddələrlə günahlandırılıb.

Dindirilmə və məhkəmə zamanı Ədliyyə Məhkəməsinin ətrafı, dəhlizlər və bütünlükdə bina terrorla mübarizə polisləri və xüsusi təyinatlılar tərəfindən mühafizə olunub. Abdulkadir Maşaripovun məhkəməsi zamanı binada terrorla mübarizə polisləri və xüsusi təyinatlılardan başqa heç kim olmayıb. Digər ədliyyə işçiləri və başqa məhbusları gətirən polislər də məhkəmə bitənə qədər kənarda gözləməli olublar.

Qeyd edək ki, Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna edilən hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. (ölkə.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm