Moskva sağ qalmaq üçün nüvə silahına əl atır: Rusiyaya qarşı QORXUNC PLAN - - VİDEO
Bizi izləyin

Dünya

Moskva sağ qalmaq üçün nüvə silahına əl atır: Rusiyaya qarşı QORXUNC PLAN - - VİDEO

"Bir müddət sonra sərhədi keçərək Rusiyanı vuracaqlar?”

NATO-nun hərbi komitəsində Rusiya ərazisinin Ukrayna gücləri tərəfindən raket atəşinə tutulması planını hazırlayırlar.

Publika.az xəbər verir ki, bu iddianı “Rossiya-1” telekanalının efirində Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü İqor Morozov səsləndirib.

“Ukraynalılar “LXR”i (Ukraynanın şərqində yaradılan “Luqansk Xalq Respublikası” separatçı qurumu – red.) yüksək dəqiqlikli raketlərlə atəşə tutdular. Onlar əvvəl “sülhə görə əməkdaşlıq” proqramı çərçivəsində komanda-ştab təlimləri keçirirdilər. Beynəlxalq döyüş hazırlığı mərkəzində Amerika təlimatçıları tərəfindən öyrədilirdilər. Və bu gün “LXR”ə raket atəşlərini görürük. Sabah “DXR”i (Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” separatçı qurumu – red.) vuracaqlar? Bir müddət sonra sərhədi keçərək Rusiyanı vuracaqlar?” - deyə senator bildirib.

Onun sözlərinə görə, bu, NATO-nun hərbi komitəsində hazırlanan ssenaridir.

Komitə üzvü xatırladıb ki, Rusiya mövcudluğuna təhlükə olacağı halda, birtərəfli qaydada nüvə silahını tətbiq edə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm