Kim Çen Inın qardaşının qatili tutuldu
Bizi izləyin

Dünya

Kim Çen Inın qardaşının qatili tutuldu

Daha əvvəl taksi sürücüsü həbs edilib.

Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri, diktator Kim Çen Inın böyük qardaşı Kim Çen Namın qətlində şübhəli bilinən qadınlardan biri saxlanılıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Malayziyanın “Malaysia Daily” nəşri bildirib.

Nəşrin məlumatına görə, daha əvvəl taksi sürücüsü həbs edilib. Qətldə şübhəli bilinən qadınları Kuala-Lumpur aeroportuna onun gətirdiyi bildirilir. Nəşr qeyd edir ki, həbs edilən qadın vyetnamlıdır. Polis ikinci qadını və daha dörd kişinin axtarışını davam etdirir.

Malayziya polisinin tezliklə Kim Çen Namın ölümü ilə bağlı bəyanat verəcəyi gözlənilir. Kuala-Lumpur xəstəxanasında məhkəmə tibb ekspertləri işini davam etdirir Tibb məntəqəsinə Koreya Xalq Demokratik Respublikasından diplomatlar dəvət edilib.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen Inın qardaşı dünən Kuala-Lumpur aeroportunda öldürülüb. Onu öldürən qadınların Şimali Koreyanın xüsusi xidmət orqanlarına işlədiyi təxmin edilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm