Məşhur klub müflis oldu - Əmlakı satılacaq
Bizi izləyin

Dünya

Məşhur klub müflis oldu - Əmlakı satılacaq

Hərraca klubun atributları, rəmzləri, formaları, mükafatları çıxarılacaq.

Rumıniyanın məşhur klublarından olan “Otselul” müflis elan edilib.

Publika.az xəbər verir ki, 2011-ci ildə Rumıniya çempionu olan “Otselul” maliyyə böhranı ilə üzləşmişdi. Komandanın əmlakı satışa çıxarılacaq. “Otselul”a məxsus əmlak fevralın 23-də Mançesterdəki otellərdən birində baş tutacaq auksionda satılacaq.

Hərraca klubun atributları, rəmzləri, formaları, mükafatları çıxarılacaq. Auksiona çıxarılacaq ən bahalı qənimət çempionluq kuboku və superkubok hesab edilir.

Bu qənimətlərin start qiyməti 9 min avro dəyərləndirilib. Komandanın 2011/12 mövsümündə Çempionlar Liqasında geyindiyi formaların hər birinin start qiyməti isə 50 avrodu. (komanda.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm