Dünya
“Məğlub olduq, hamı dağlara çəkilsin” - VİDEO
İŞİD terror təşkilatı yarandığı gündən bu yana ilk dəfə məğlubiyyəti qəbul edib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İraqın Ninova vilayətindəki mənbələrinə istinadən “Al-Sumaria” kanalı bildirib.
Məlumata görə, İŞİD lideri Əbubəkr əl-Bağdadi son itkilərdən sonra təşkilatın hələ də güclü olduğu bölgələrdəki üzvlərinə audioyazı göndərərək məğlubiyyəti qəbul etdiklərini açıqlayıb.
“Fərat Qalxanı” əməliyyatına qədər İraq və Suriyada istədiyi kimi hərəkət edən, ilk böyük məğlubiyyətinin əvvəl Cerablusda, ardınca “Qiyamət döyüşü baş verəcək” dediyi Dabıkda, nəhayət Əl-Babda reallaşması İŞİD-in döyüş ruhunu sındırıb. Təşkilat əlində qalan Rakka və Mosuldan da geri çəkilməyə qərar verib.
İddiaya görə, Bağdadi Mosuldakı itkilərdən sonra verdiyi təlimatında İŞİD üzvlərindən dağlara çəkilmələrini istəyib. Mənbələr qeyd edir ki, əsas məqsəd daha böyük itkilər verməmək və gücləri yenidən qruplaşdıraraq döyüşə davam etməkdir.
Audioyazının təşkilat nəzarətindəki bəzi bölgələrdə səsucaldanlar vasitəsilə yayıldığı bildirilir. Səsin Bağdadiyə aid olduğu rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Rəsmilər audioyazını təşkilatın yeni bir taktikası kimi qiymətləndirirlər.
Ömər Dağlı
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı