Oğurlanan mikroavtobusda 11 meyit tapıldı
Bizi izləyin

Dünya

Oğurlanan mikroavtobusda 11 meyit tapıldı

Bu mütəşəkkil cinayətkar qruplar arasında baş verən qarşıdurmadır

Meksikanın Verakrus ştatında cinayətkarlar tərəfindən oğurlanan turist mikroavtobusunda 11 nəfərin meyiti aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Miqel Anhel Yunes bildirib.

“Bu, hökumət və yaxud əhaliyə qarşı edilən hücum deyil, mütəşəkkil cinayətkar qruplar arasında baş verən qarşıdurmadır”, deyə qubernator qeyd edib.

İçərisində meyitlərin olduğu mikroavtobusun Boka-del-Rio şəhərində aşkarlandığı bildirilir. Avtomobilin sahibi artıq müəyyənləşdirilib. Miqel Anhel Yunesin sözlərinə görə, cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm