Dünya
Hasan Oktay: “Avropa əsil məqsədini məsum istəyinin arxasında gizlədir” - MÜSAHİBƏ
Avropa ölkələrində Türkiyəyə qarşı ciddi hücumlar
başlanıb. Hollandiyada Türkiyə ailə və sosial siyasət naziri
Fatma Betül Sayan Qayanın səfərinə qoyulan qadağadan sonra
bu ölkədə etiraza qalxan türklər polis tərəfindən ciddi təzyiqə
məruz qaldı. Lakin hücum təkcə Hollandiya ilə yekunlaşmır,
Avropanın bəzi ölkələri də eyni mövqedən çıxış
edir.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar
Mərkəzinin (KAFKASSAM) rəhbəri, türkiyəli politoloq Hasan Oktay
Publika.az-a müsahibəsində baş verənləri şərh edib.
- Hasan bəy, Avropada Türkiyəyə qarşı hücumun
səbəbləri nədir?
- Almaniya və Avropa İttifaqının digər ölkələri Türkiyədə baş verən
15 iyul dövlət çevrilişinə cəhd hadisəsini tam olaraq başa düşmədi.
Türkiyədə hökumət 15 iyul hadisələrini həyata keçirdərək, iqtidara
gəlmiş bir diktatorluq deyil, əksinə 15 iyul hökumətə qarşı edilmiş
çevriliş cəhdi idi. Lakin Qərbdə, xüsusilə Avropa İttifaqı
ölkələrində Türkiyədəki iqtidarın hər keçən gün diktatorlaşdığı ilə
bağlı mövqe hakim olmağa başladı. 15 iyul çevriliş cəhdinə qarşı
həyata keçirilən tədbirləri Qərb anlaya bilmir. Avropa İttifaqı
Türkiyədə keçiriləcək referendum məsələsində narahatdır və hesab
edir ki, bu diktatorluğa gətirib çıxaracaq. Bununla yanaşı,
Türkiyənin nüfuzu hər keçən gün Qərbdə pisləşir. Qərb mediasında
Türkiyədə böyük xaosun olduğu ilə bağlı bir çox xəbərlər yayılır.
Avropa İttifaqı, xüsusilə Almaniya orada yaşayan 5 milyona yaxın
türkün bu xaosdan zərər çəkməməsi fikrini irəli sürərək, Türkiyənin
Avropada yaşayan türklər arasında təbliğat aparmasını istəmir. Bu
məsum istəyin arxasında gizlənən Avropanın əsil məqsədi başqadır.
Sadəcə olaraq, hələlik bu bəhanə ön plana çıxarılır. Türkiyə isə bu
bəsit bəhanənin arxasında yatan əsas məqsədi ortaya çıxarmaq üçün
Avropadakı vətəndaşlarını məlumatlandırmaq istəyir.
- Maraqlıdır ki, referendumda “xeyr”i dəstəkləyənlərə
təbliğat üçün icazə verilir, amma “bəli” təbliğatına yox. Avropa
niyə “bəli”yə qarşıdır? Referendumda “bəli” olarsa, Avropa nə
itirəcək, yaxud burada bilmədiyimiz başqa şeylər də
var?
- Bu proseslərin arxasında çox şeylər var. Türkiyə Avropa İttifaqı
ilə münasibətlərə çox önəm verir, 50 ildir bu ittifaqa girmək üçün
çalışır. Bu mübarizəsinə rəğmən, Avropa İttifaqının mövqeyi
həqiqətən də narahatedicidir. Türkiyə də artıq Avropa İttifaqının
niyyətinin yaxşı olmadığını ortaya çıxarmaq istəyir. Türkiyə
referendum öncəsi Avropa İttifaqının anti-demokratik, insan
haqlarına yaraşmayan addımları atdığını ictimaiyyətə göstərmək üçün
nazirlərini davamlı şəkildə Avropaya göndərir və onlara qarşı
atılan addımlara əsaslanaraq, ictimai rəy formalaşdırır. Media
üzərindən aparılan bu mübarizəni kimin qazanacağını görmək üçün
gözləməliyik. Əgər Avropa İttifaqı həm iş icazəsi olan, həm də
vətəndaşlığı olan türklərə qarşı çıxarsa, o zaman əsil üzü ortaya
çıxacaq. Hansı ki, Avropadakı türklərə qarşı addımlar atılacağı
görünür. Bu, baş verərsə, Türkiyədə “bəli” tərəfdarları 60 faizdən
də çox olacaq. Avropa İttifaqı bundan çox narahatdır.
- Bu hadisələr Avropadakı türklərə necə təsir
edəcək?
- Avropada işləyən, yaşayan, yaxud vətəndaşlığı
olan türklərin qısa müddətdə problemlərlə üzləşəcəyi gözlənilir.
Baş verənlər sadəcə, “bəli”, “xeyir” məsələsinə görə deyil.
Türkiyə-Avropa İttifaqı gərginliyi davam edərsə, Ankara üzünü başqa
ittifaqlara doğru çevirə bilər. Lakin Avropada yaşayan türklərin
belə şansı yoxdur. Türkiyə əslində Avropa İttifaqı ilə digər
ittifaqlar arasında seçim etmək yox, Avropa İttifaqı ilə
əlaqələrini davam etdirmək istəyir. Bu ittifaqlar arasında körpü
olmaq təcrübəsinə də sahibdir. Türkiyə bu gün çətin dövrünü
yaşayır. Əgər bu situasiyanı idarə edə bilməsə, qısa zamanda
Avropada yaşayan türklər çətinliklərlə qarşılaşa bilər.
Asif Nərimanlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO