Dünya
Fransa Rusiyaya hərbi gəmilər satmaya bilər
Fransa Rusiyaya "Mistral" hərbi gəmilərinin satışı ilə bağlı yekun qərarını bu ilin oktyabr ayında verəcək.
Publika.az-ın “Vaşinqton Post” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa xarici işlər naziri Loran Fabius bildirib.
Ukrayna böhranından sonra Fransa helikopterlər daşıya bilən hərbi
gəmilərin Rusiyaya satıb-satmayacağı barədə qərarsız qalıb. ABŞ-ın
bu satışa qarşı çıxması, həmçinin NATO-nun Rusiya ilə hərbi
əməkdaşlığın dondurulması barədə qərarı Fransanı düşünməyə məcbur
edib.
Xatırladaq ki. NATO baş katibi Anders Foq Rasmussen dünən verdiyi
açıqlamasında Rusiya ilə hərbi sahədə əməkdaşlığın dondurulduğunu,
ittifaqa üzv ölkələrdən də eyni şeyi istədiyini bildirmişdi. Daha
əvvəl isə ABŞ-lı rəsmilər Fransanın bu satışına qarşı çıxan
açıqlamalar vermişdi.
Rusiya ilə Fransa 2011-ci ildə iki ədəd "Mistral" hərbi gəminin
satışı ilə bağlı razılaşma imzalamışdı. Razılaşmanın dəyəri
1,2 milyard avrodur.
Gəmilərdən birinin bu il, ikincisinin isə 2015-ci ildə Rusiyaya
çatdırılması nəzərdə tutulurdu. Hərbi gəmilər 16 helikopter daşıya
bilir.
Ömər Dağlı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri