Dünya
“1960-cı illərə, Karib böhranına...” - Putindən ŞOK XƏBƏRDARLIQ
“Rusiya ABŞ kimi böyük dövlətlə əməkdaşlıq münasibətlərini qaydaya salmaq istəyir”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Arktika Forumunda çıxışında deyib.
“Biz qəbul edirik, Birləşmiş Ştatlar böyük dövlətdir. Biz onunla xeyirxah əməkdaşlıq münasibətlərini qaydaya salmaq istəyirik. Rusiya barəsində bütün digər deyilənlər yalanlar, kəşflər və təxribatlardır. Bütün bunlar Amerikanın daxili siyasi gündəliyi üçün istifadə olunur”, - Rusiya prezidenti bildirib.
Onun sözlərinə görə, anti-Rusiya kartı ABŞ-ın daxilində ayrı-ayrı siyasi güclərin xeyrinə oynanılır. Putin qeyd edib ki, ictimai rəy sorğuları ABŞ-da Rusiyanın dostlarının çox olduğunu göstərir.
Rusiya prezidenti Arktikada Rusiyanın təcavüzkar niyyətləri barədə ABŞ-ın müdafiə naziri Ceyms Mettisin ittihamlarını da rədd edib.
Putin Rusiyanın ABŞ-la Arktikada nə vuruşmağa, nə də yarışmağa hazırlaşdıqlarını deyib. Onun sözlərinə görə, hərbi hazırlıqları lokal xarakter daşıyan Rusiyadan fərqli olaraq, amerikalılar qlobal müdafiə sistemini inkişaf etdirirlər.
“Bu, yalnız müdafiə sistemi deyil. Sərhədlərindən çıxarılan nüvə potensialının bir hissəsidir”, - Putin vurğulayıb.
ABŞ-ın Alyaskadakı Hava Hücumundan Müdafiə sistemlərini qlobalı təhlükəsizlik üçün təhdid adlandıran Putin ABŞ-Rusiya münasibətlərinin “məntiqsizlik həddi” və Karib böhranı vəziyyətinə çatdırılması barədə xəbərdarlır edib. O, münasibətlərinin hazırda praktik olaraq sıfır səviyyəsində olduğunu deyib.
“Biz nəyi istəyirik? Diplomatik münasibətləri tamamilə kəsmək? Vəziyyəti 1960-cı illərə, Karib böhranına qədər çatdırmaq? Bu çox böyük səhvdir. Biz dəfələrlə danışmaq, ikitərəfli münasibətlərin əsas məsələləri üzrə səmimi danışmaq üçün ABŞ Konqresi və Senatın nümayəndələrini Moskvaya dəvət etmişik. Cavab yoxdur”, - Rusiya prezidenti deyib.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu