Hakerlər prezidentə məxsus “Feysbuk” səhifəsini dağıtdı
Bizi izləyin

Dünya

Hakerlər prezidentə məxsus “Feysbuk” səhifəsini dağıtdı

Prezident administrasiyası insidentlə bağlı heç bir şərh verməyib.

Naməlum hakerlər Fransa prezidenti Fransua Ollandın “Feysbuk” sosial şəbəkəsindəki səhifəsini dağıdıblar.

Publika.az xəbər verir ki, hakerlər prezidentin səhifəsini dağıdaraq, orada onun istefası ilə bağlı “ziyafətə dəvətnamə” dərc ediblər.

Elanda “ziyafət”in mayın 7-də Yelisey sarayında keçiriləcəyi bildirilir. Qeyd olunan postu prezidentin səhifəsindən bir saatdan sonra silmək mümkün olub.

Fransa prezidentinin administrasiyası insidentlə bağlı heç bir şərh verməyib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm