AKP-nin bu addımı Türkiyədə etirazla qarşılandı – FOTO
Bizi izləyin

Dünya

AKP-nin bu addımı Türkiyədə etirazla qarşılandı – FOTO

O, bu cür addımların biabırçılıq olduğunu söyləyib.

Türkiyənin Kayseri bölgəsində 16 aprel referendumu ilə bağlı maraqlı hadisə yaşanıb.

Publika.az xəbər verir ki, Türkiyənin bir sıra bölgələrində üzərində Səadət Partiyasının keçmiş sədri Nəcməddin Ərbəkanın fotosu və fikirləri olan plakatlar etiraza səbəb olub. Sözügedən plakatlarda Nəcməddin Ərbəkanın “daha sürətli inkişaf üçün prezidentlik sistemini məcbur görürük” fikirlərinin dərc olunması Səadət Partiyası tərəfindən də etirazla qarşılanıb.

Bundan sonra isə həmin plakatlar çıxarılıb və yerinə yenə də Nəcməddin Ərbəkanın fotosu və fikirləri əks olunan “məni AKP-nin səhvlərinə alət etməyin” plakatları asılıb.

Səadət Partiyasının bölgə sədri Mahmut Arıkan da məsələyə etiraz edərək bildirib ki, AKP hökumətinin nümayəndələri 16 aprel referendumunda “hə” səsini qazanmaq üçün Nəcməddin Ərbəkanın adından sui-istifadə edirlər. O, bu cür addımların biabırçılıq olduğunu söyləyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm