Roqozin: “Yeni raketlərlə ABŞ-ın müdafiə sistemini dəlik-deşik edərik”
Bizi izləyin

Dünya

Roqozin: “Yeni raketlərlə ABŞ-ın müdafiə sistemini dəlik-deşik edərik”

Hazırda Rusiya hökuməti bu istiqamətdə ciddi işlər həyata keçirir.

"Yaxın vaxtlarda Rusiya yeni raketlər istehsal edəcək. Bu raketlərlə ABŞ-ın müdafiə sistemini dəlik-deşik edərik”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Dmitri Roqozin bəyan edib.

D.Roqozin bildirib ki, hazırda Rusiyanın nüvə silahları keçmiş Sovet İttifaqına məxsus olmuş klassik raketlərdən ibarətdir:

“Bu raketləri biz “Voevoda”, Qərb isə “Satana” adlandırır. Hazırda biz yeni nəsil raketlərin hazırlanması istiqamətində fəal işlər görürük. Qərbin köhnə Sovet İttifaqı raketlərindən çox qorxmasına baxmayaraq, Rusiya ondan daha güclü və müasir raketlər hazırlayacaq. Hazırda Rusiya hökuməti bu istiqamətdə ciddi işlər həyata keçirir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm