"Times" qəzeti Feysbukdan polisə şikayət etdi
Bizi izləyin

Dünya

"Times" qəzeti Feysbukdan polisə şikayət etdi

Feysbuk o məzmunlu materialların yeri deyil.

Britaniyanın "Times" qəzeti sosial şəbəkənin moderatorlarını qanunsuz şəkildə paylaşılan uşaq pornoqrafiyasını və ekstremist materialları şəbəkədən yığışdırmadığına görə polisə verib.

Publika.az xəbər verir ki, müxbir saxta ad altında qeydiyyatdan keçərək özünü İT mütəxəssis kimi təqdim edib. Terror qruplaşmalarının 100-ə yaxın tərəfdarları ilə dostluq quraraq müxtəlif qruplara daxil olub. Müxbir Londonda və Misirdə İŞİD-in terror aktlarını əks etdirən məşhur görüntüləri və videoyazını, həmçinin uşaqlar üzərində zorakılığın təsvirini əks etdirən fotoları aşkar edib.

Qəzetin müxbiri materialların sosial şəbəkədən qaldırılması ilə əlaqədar moderatorlara müraciət edib. Britaniyada qadağan olunmuş materialların bir hissəsi silinsə də, İŞİD-in yeni terror aktlarından sonra bir daha həmin qanunsuz materiallar sosial şəbəkələrə yüklənməyə başlayıb. Feysbuk şikayətlərə baxmayıb və materiallar toxunulmadan qalıb.

Qəzet Feysbukda gedən materiallar haqqında London polisinə və milli agentliyə şikayət edib. "Times" qəzeti materialların silinməsinə etiraz edən sosial şəbəkələri Britaniyada cinayət məsuliyyətinə cəlb olunacaqları ilə hədələyib.

"Times" qəzeti öz rəsmi adı ilə Feysbukla əlaqə saxladıqdan sonra müraciətinə baxılıb və materiallar şəbəkədən silinib.

Feysbuk sosial şəbəkəsinin beynəlxalq fəaliyyətlər üzrə vitse-prezidenti Castin Osofskinin vəziyyəti təəssüf hissi ilə şərh edib və üzr istəyib: "Biz "Times" qəzetinə minnətdarıq ki, o, məzmuna diqqət edib. Biz bütün bu təsvirləri sildik. Onlar bizim siyasətimizə ziddir. Feysbuk o məzmunlu materialların yeri deyil. Çox təəssüf ki, belə bir hadisə yaşandı".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm