Dünya
Müharibə bu gün başlayacaq - ABŞ kəşfiyyatı məxfi hücum PLANINI AÇDI
ABŞ Şimali Koreyanın növbəti nüvə sınaqlarına qarşı
önləyici zərbə vurmaq planları hazırlayıb.
Publika.az xəbər verir ki, bu haqda Amerika kəşfiyyatının
yüksəkvəzifəli məmurlarından biri “NBC News” telekanalına
açıqlamasında bildirib.
Pxenyan Kim Çen İnin atası Kim İl-Sungun 105 illik yubileyinin
keçiriləcəyi aprelin 15-də, yəni bu gün gün “böyük hadisə”nin
olacağını bildirib.
Kəşfiyyatçı telekanala deyib ki, onlarda olan məlumata görə,
Pxenyan yeni nüvə sınaqlarını istirahət günlərindən birinə (ya
şənbə, ya da bazar günü) təyin edib.
Onun sözlərinə görə, Amerka “Tomaqavk” qanadlı raketlərin atışına
uyğunlaşdırılmış iki gəmini regiona yerləşdirib. Bu gəmilərdən biri
Şimali Koreya poliqonundan 500 kilometr məsafədədir. Bundan başqa
Sakit okeanın şimal-qərb hissəsində ABŞ-ın mülki olan Guam adasına
ağır bombardmançılar yerləşdirilib.
“Zərurət olacaqsa, Şimali Koreyaya hücum ediləcək”, - deyə
amerikalı kəşfiyyatçı vurğulayıb.
Bütün bunlarla yanaşı, hücum başlayacaqsa, Amerika Pxenyana
hiberzərbələr endirəcək, həmçinin, yerüstü əməliyyat keçirəcək.
Rəsmi Pxenyan ABŞ-ı dünyanın təhlükəsizliyinə qarşı hərəkət etməkdə
ittiham edir. Kim Çin İnin hökuməti bildirir ki, ABŞ-ın istənilən
addımına qarşı “amansız cavab zərbəsi” endiriləcək və bu nüvə
müharibəsinə səbəb ola bilər.
Lakin telekanalın həmsöhbətləri bildirirlər ki, Şimali Koreyanın nə
uzaq hərəkət radisunda olan nüvə silahları, nə də qitələrarası
raketləri var.
Eyni zamanda qeyd edilir ki, ABŞ-ın hərəkətləri Pxenyanın Seula
hücumuna səbəb ola bilər.
Cənubi Koreyanın xarici işlər naziri Yuna Ben Se qeyd edir ki
Birləşniş Ştatlar addımlarını onun ölkəsi ilə
uyğunlaşırmalıdır.
“Amerika məmurları bizim qorxularımız haqda bilirlər, lakin
dəfələrlə inandırırlar ki, Vaşinqton Şimali Koreya ilə bağlı
addımlarını Seulla müzakirə edəcək. Onların davranışları isə bizdə
əks fikirlərin yaranmasına səbəb olur”, - deyə o, bildirib.
Pxenyan müxtəlif silahların sınağını mütəmadi olaraq həyata
keçirir. Martda bir neçə raketi, aprelin 4-də isə ballistik raketi
uğurla sınaqdan keçirtdi. Şimali Koreya ötən ilin sentyabrında elan
etdi ki, nüvə silahının hazırlanması işini başa çatdırıblar.
Pxenyanın bu addımlarına qarşı ən sərt sanksiyalar tətbiq olunsa
da, heç bir nəticə vermir.
Bu gün Şimali Koreya Kim İl-Sungun 105-ci ildönümünü, yəni “Günəşin
doğulduğu gün” bayramını qeyd edir. Gözləniləndir ki, Pxenyan
“böyük hadisə” adlandırdığı addımı bu gün atsın. Əgər bu baş
verərsə, Amerika kəşfiyyatçının bəhs etdiyi hücum planı işə düşə
bilər.
Telekanalın həmsöhbətləri istisna etmirlər ki, Pxenyan haqqında
danışdığı “böyük hadisə”ni bu gün, ya da sabah həyata keçirəcək.
Vaşinqton isə buna qarşı mütləq hansısa addım atacaq.
Asif
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO