Suriyada TERROR: ölənlərin sayı 100 nəfərə çatdı (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Suriyada TERROR: ölənlərin sayı 100 nəfərə çatdı (YENİLƏNDİ)

Terror aktını terrorçu-kamikadze törədib.

Suriyanın Hələb şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.

“Suriya mülki müdafiə” qeyri-hökumət təşkilatının məlumatına əsasən, hadisə nəticəsində 55 nəfər yaralanıb.

***

Suriyanın Hələb şəhərinin Raşidin rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, təqribən 130 nəfər yaralanıb.

***

Suriyanın Hələb şəhərində terror aktı törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 22 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bildirlir ki, terror aktını terrorçu-kamikadze törədib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm