Tramp: "ABŞ-ın silahlanmanı artırmaqdan başqa yolu yoxdur"
Bizi izləyin

Dünya

Tramp: "ABŞ-ın silahlanmanı artırmaqdan başqa yolu yoxdur"

Trampdan səmimi açıqlama...

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun silahlanmanı artırmaqdan başqa yolu olmadığını bəyan edib.

Publika.az xəbər verir ki, D. Tramp bunu “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Tramp yazıb ki, ABŞ Silahlı Qüvvələri yüksək templə inkişaf edir və heç vaxt olmadığı qədər güclü olacaq: “Səmimi danışsaq, bizim sadəcə, başqa yolumuz yoxdur”.

Bundan əvvəl ABŞ prezidenti bildirib ki, növbəti maliyyə ilində qeyri-hərbi xərclərin, xüsusən xarici ölkələrə yardımın azaldılması hesabına hərbi xərclər 54 milyard dollar artacaq. D. Tramp hakimiyyətinin sonunda ABŞ-ın yaxşı Silahlı Qüvvələri olacağını vurğulayıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm