İmperator üçün xüsusi qanun layihəsi hazırlandı
Bizi izləyin

Dünya

İmperator üçün xüsusi qanun layihəsi hazırlandı

Qanun yalnız 83 yaşlı imperator Akixitoya aiddir.

Yaponiya hökuməti 19 maydan ölkə parlamentinə xüsusi qanunun layihəsini təqdim etməyə hazırlaşır. Hansı ki, imperator Akixitoya taxtı özündən sonra öz varisinə çatdırmağa icazə verir.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qanunun hazırki parlamentin səlahiyyət müddəti bitənə qədər qüvvədə qalması nəzərdə tutulur. Parlamentin səlahiyyət müddəti iyunun 18-də sona çatacaq.

Qanun yalnız 83 yaşlı imperator Akixitoya aiddir. Güman edilir ki, imperatorun yerinə varisi, şahzadə Naruxitonu keçəçək. Yeni qanun imperator titulunu və onun sonrakı sahiblərini əvvəlcədən müəyyənləşdirir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm