CHP referendumun nəticələrinin ləğvi üçün müraciət edəcək
Bizi izləyin

Dünya

CHP referendumun nəticələrinin ləğvi üçün müraciət edəcək

YSK-ya müraciəti partiya sədrinin müavini Bülent Tezcan təqdim edəcək.

Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) aprelin 16-da keçirilən referendum nəticələrinin ləğv edilməsi üçün Yüksək Seçki Komissiyasına (YSK) yerli vaxtla saat 14:00-da müraciət edəcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda CHP-nin mətbuat xidmətindən bildirilib.

YSK-ya müraciəti partiya sədrinin müavini Bülent Tezcan təqdim edəcək.

Qeyd edək ki, Türkiyə Konstitusiyasına təklif edilən əlavələr və dəyişiklikləri referendumda iştirak edən seçicilərin 51,4 faizi dəstəkləyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm