Dünya
Trampdan ermənilərə TARİXİ ZƏRBƏ: dəfn edilən arzular
“Tramp soyqırımı sözünü işlədəcəkmi?”. Bu gün qondarma
“erməni soyqırımı”nın ildönümünü qeyd edən Ermənistanı bu sual
düşündürür.
Publika.az xəbər verir ki, ermənilər ABŞ prezidenti Donald
Trampın qondarma “erməni soyqırımı” haqda danışacağına və
“soyqırımı” ifadəsini işlədəcəyinə ümid edirlər.
İndiyə qədər bir çox ABŞ prezidenti seçki kampaniyası dövründə
Amerikadakı ermənilərin səsini qazanmaq üçün qondarma “soyqırımı”
vədlərini versə də, sonradan bu haqda danışmayıblar. Trampdan öncə
Obama da eyni vədləri vermişdi, lakin o, 1915-ci ildə baş verən
hadisələri faciə adlandırdı. Donald Tramp isə seçki kampaniyasında
ümumiyyətlə bu haqda nə danışıb, nə də vəd verib.
Erməni ekspert Aram Amatuni yazır ki, hər il 24 apreldə onlara söz
verilir, lakin 25 apreldə məyus olurlar.
“Buna qədər ABŞ-da seçkiqabağı kampaniyalarda bununla bağlı hansısa
vədlər verilirdi, lakin Tramp ümumiyyətlə bu mövzuya toxunmadı.
Görünür, bu məsələ Tramp üçün əhəmiyyətsizdir. Buna görə də onun
ümumiyyətlə bu haqda danışmayacağı gözləniləndir. Lakin diaspor bu
məsələnin üzərində getməlidir”, - deyə o bildirib.
Qeyd edək ki, Donald Tramp prezident seçiləndən sonra ABŞ-dakı
erməni lobbisini qəbul etmir.
Asif
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi