Dünya
İranlı iş adamı ilə Lənkəranskinin qətlləri arasındakı ƏLAQƏ - Hər iki cinayətin...
Ötən gün İstanbulun “Sarıyer Maslak” adlanan ərazisində sui-qəsdə məruz qalan “Gem TV”-nin sahibləri - İran əsilli iş adamı, İngiltərə vətəndaşı Saeed Karimian və küveytli ortağı Muhammet El Almutairinin ölümündə şübhəli bilinən sifarişçinin adı məlum olub.
Publika.az “Vətən” qəzetinə istinadən xəbər verir ki, sözügedən cinayətdə İran Mücahidləri Təşkilatı şübhəli bilinir.
Məlumata görə, “Gem TV”-nin sahibləri olan iş adamları öz avtomobillərində gedən zaman 2 nəfər başı çalmalı qatillər tərəfindən güllə-baran edilib.
Nəticədə, iş adamları hadisə yerindəcə keçinib.
Ölənlərin ailələri cinayətin törədilməsində İran hakimiyyətini təqsirli bilir.
Polis isə hadisəni törəməkdə şübhəli bilinən şəxsləri araşdırır. Əldə edilən məlumata görə, qatillər cinayəti törətdikdən sonra “Cip” avtomobili ilə hadisə yerindən qaçıblar.
Türkiyə mediası sözügedən cinayətin ötən il İstanbulda öz avtomobilində güllələnmiş azərbaycanlı iş adamı Rövşən Lənkəranski hadisəsi ilə müqayisəsini aparıb.
Məlumata görə, hər iki cinayətin motivi və hadisənin törədildiyi ərazi bir-birinə yaxındır.
Vasif Həsənli
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO