ABŞ-ın təyyarədaşıyanları bu raketlə məhv ediləcək - Rusiyanın DƏHŞƏTLİ SİLAHI - - VİDEO
Bizi izləyin

Dünya

ABŞ-ın təyyarədaşıyanları bu raketlə məhv ediləcək - Rusiyanın DƏHŞƏTLİ SİLAHI - - VİDEO

Rusiyanın PAK-FA (T-50) beşinci nəsil qırıcısı ən yeni X-35UE taktik raketi ilə təchiz edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, radio elektron maneələr və zenit-raket sistemləri X-35UE üçün problem yaratmayacaq.

İndi Rusiya qırıcısı təyyarədaşıyanlar da daxil olmaqla, istənilən gəmini, həmçinin yerüstü obyektləri - anbarları, hərbi texnikanı və müxtəlif müdafiə-istehkam qurğularını məhv edə bilər.

Agentliyin yazdığına görə, T-50 beləliklə, yalnız qırıcı deyil, həm də çoxfunksiyalı hərbi maşın rolunu yerinə yetirəcək.

Mütəxəssislərin hesablamalarına görə, Rusiya 2030-cu ilə qədər indiki iqtisadi böhranın öhdəsindən gələ bilərsə, həmin vaxt onun Hərbi Hava Qüvvələri dünyada ABŞ-dan sonra ikinci güc olacaq. Amma ən pis ssenari üzrə ilk onluğa girəcək. ABŞ-ın “National Interest” hesab edir ki, Rusiyada iki ən əhəmiyyətli layihə PAK-FA (T-50) beşinci nəsil qırıcısı və yeni nəsil strateji bombardmançı, beşinci nəsil qırıcısı PAK-DA olacaq. Rusiya əbədi olaraq MİQ-29 və SU-27/30/34-lərə güvənə bilməz. T-50, gözlənildiyi kimi, Amerika F-22 qırıcılarına yeni rəqib olacaq. PAK-DA Tu-160 səsdən surətli strateji bombardmançı raket daşıyıcısını və Tu-22M raket daşıyıcı-bombardmançını əvəz etməlidir.

Rusiyanın “Suxoy” şirkətinin hazırladığı PAK FA T-50 qırıcısı amerikanların beşinci nəsil F-22 Raptor döyüş təyyarəsi və F-35 qırıcılarına qarşı ciddi rəqib ola bilər. PAK FA T-50-lər bəzi parametrlərə görə, hər iki Amerika təyyarəsini üstələyir.

Analizin nəticələri göstərir ki, PAK FA T-50 qırıcısının konstruksiyası olduqca müasirdir. Beşinci nəsil Rusiya qırıcısı F-22 Raptor kimi uzun müddət səsdən surətli uça biləcək. PAK FA T-50-nin maliyyə dəyəri daha az, manevr qabiliyyəti isə daha çoxdur. Onun əsas üstünlüyü radarlara yaxalanmamasıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm