“Şahmat lövhəsi”ndə döyüş zəngi çalınır: Nüvə müharibəsinə NÖVBƏTİ ADDIM - - VİDEO
Bizi izləyin

Dünya

“Şahmat lövhəsi”ndə döyüş zəngi çalınır: Nüvə müharibəsinə NÖVBƏTİ ADDIM - - VİDEO

ABŞ-ın Cənubi Koreyada qurduğu THAAD raket əleyhinə müdafiə sistemi döyüş hazırlığı vəziyyətinə gətirilib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda rəsmi Seulun yaydığı bəyanatda deyilir.

Bildirilir ki, THAAD sistemləri Koreya Xalq Demokratik Respublikasının ballistik raketlərini ələ keçirməsi üçün döyüş hazırlığı vəziyyətinə gətirilib. İnternetdə isə keçmiş qolf meydançasında yerləşdirilən raket əleyhinə müdafiə sisteminin şəkilləri yayılıb.

Pekin Pentaqonun hərəkətlərini öz təhlükəsizliyi üçün təhdid adlandırıb.

“Cənubi Koreyada THAAD sistemlərinin yerləşdirilməsi haqqında Çinin mövqeyi dəqiq və sərtdir. Biz ABŞ-ın bu hərəkətinə qarşı etirazımızı bildiririk və tərəfləri sistemin genişləndirilməsini dərhal dayandırmağa çağırırıq. Biz öz maraqlarımızın müdafiəsi üçün bütün ölçüləri qəbul edəcəyik. ABŞ-ın bu addımı Şimali Koreya probleminin həllinə kömək etməyəcək”, - Çin Xarici İşlər Nazirliyi bildirb.

Dünən isə Şimali Koreya Amerika bombardmançılarının Cənubi Koreyada təlimlər çərçivəsində həyata keçirdiyi uçuşları nüvə müharibəsinə təkan adlandırıb.

“Bu, mühakiməsiz hərbi təxribatdır və Koreya yarımadasında vəziyyəti nüvə müharibəsinə itələyir”, - rəsmi bəyanatında deyilir.

Pxenyanda qeyd edirlər ki, ABŞ bombardmançıları Koreya Xalq Demokratik Respublikasının ən əhəmiyyətli obyektlərinə bombaların atılması üzrə təlimlər keçirib. Amerika bombardmançılarının uçuşları haqqında daha əvvəl Seul bəyanat verib. Cənubi Koreya hökumətindən bildiriblər ki, uçuşlar Koreya Xalq Demokratik Respublikası tərəfindən ballistik raketlərin işə salınmasına cavabın bir hissəsidir.

Cənubi Koreyada THAAD sistemlərinin yerləşdirildiyi bir vaxtda ABŞ Sakit okeanda Guam adası ərazisində Fransa, Yaponiya və Böyük Britaniya ilə hərbi dəniz təlimlərini başlayır. Təlimlərin Koreya Xalq Demokratik Respublikası ilə heç bir əlaqəsinin olmadığı deyilir. Tokioda isə təlimləri Yaponiya və Çin arasında Sakit okeanında ərazi mübahisələri ilə əlaqələndirirlər.

Bu isə ekspertlərin fikrincə, prosesləri daha da mürəkkəbləşdirə və ABŞ prezidenti Donald Trampın Koreya böhranı ilə bağlı danışarkən bəhs etdiyi “şahmat lövhəsi” (ABŞ prezidenti CBS televiziyasına müsahibəsində Şmali Koreyanın hərəkətlərini “bir şahmat yarışı” adlandırıb və ümid etdiyini bildirib ki, Çin Pxenyanı nüvə silahına sahib olmaq arzusundan imtina etməyə razı salacaq –red.) Koreya yarımadasının sərhədlərindən əhəmiyyətli dərəcədə geniş ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm