Ankaradan böyük müharibənin ANONSU: 5 gün QALDI
Bizi izləyin

Dünya

Ankaradan böyük müharibənin ANONSU: 5 gün QALDI

"ABŞ Türkiyə kimi bir gücü deyil, PYD terror təşkilatını seçməsinin əvəzini ağır şəkildə ödəyəcək”.

ABŞ prezidenti Donald Trampın Rakka əməliyyatı üçün PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-yə ağır silah və sursatların çatdırılması barədə qərarı Ankarada şok effekti yaratdı. Hazırda Türkiyənin atacağı addımları maraqla gözlənilir.

Publika.az xəbər verir ki, Türkiyənin “Haber7” saytının yazarları Mehmet Acet və Taha Dağlı Türkiyənin ata biləcəyi addımlarla bağlı fikirlərini irəli sürüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 16-da amerikalı həmkarı Donald Trampla görüşünə diqqət çəkən Acet qeyd edir ki, bir nəticə əldə olunmasa, Türkiyə YPG-ye qarşı yalnız havadan deyil, qurudan da hərəkətə keçə bilər.

Mehmet Acet YPG-yə silah çatdırılması barədə qərarın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və prezident administrasiyasının sözçüsü İbrahim Kalının Vaşinqtonda olduğu bir vaxtda qəbul edilməsini xatırladıb.

“Ərdoğana ən yaxın üç nəfər Vaşinqtonda ikən, Tramp məlum qərarı imzaladı. Ankaraya verilən mesaj açıq idi: əməkdaşlığın davam etdirilməsi mövzusunda sizin istədiyiniz kimi hərəkət etməyəcəyik!”, - Acet yazıb.

Türkiyənin baş nazir Binəli Yıldırım Londona səfəri öncəsi jurnalistlərə açıqlamasında Vaşinqtona xəbərdarlıq etdi ki, qərar yalnız Türkiyəyə deyil, eyni zamanda ABŞ-a da mənfi təsir edəcək. Onun sözlərinə görə, Türkiyənin PKK terror təşkilatı ilə həssaslığının yüksək səviyyədə olmasını nəzərə alımaq üçün ABŞ administrasiyasının əlində hələ vaxt var. Eynilə, Türkiyə prezidenti də dünən bildirdi ki, onun mayın 16-dakı ABŞ səfərinə kimi bu qərarın dəyişdiriləcəyinə ümid edir. Ərdoğan YPG-yə silah verilməsini Türkiyənin milli təhlükəsizliyi üçün təhdid adlandırdı.

Müdafiə naziri Fikri İşık isə bir terror təşkilatına qarşı digər terror təşkilatının silahlandırılmasının bölgədə dəhşətli nəticələrə gətirib çıxaracağını bildirdi: “YPG-yə silah verilməsinin səhv olacağını ABŞ-a çatdırdıq. Türkiyənin milli maraqlarını qorumaq üçün gücü var”.

“Bu şərhlərdən nə başa düşməliyik? Mən bunu başa düşdüm: ABŞ bu davranışını davam etdirsə, Türkiyə YPG-ni birbaşa vurmağa davam edəcək. Aprelin 23-də Sincar və Karaçokda 30 təyyarə ilə eyni vaxtda əməliyyat da bir mesajı idi. Bu əməliyyatla “Mənim maraqlarım nəzərə alınmadan, terror təşkilatına dəstək davam edərsə, öz imkânlarımla hərəkət edə bilərəm” deyildi. İstər baş nazir, istərsə də müdafiə nazirinin şərhlərində eyni mesajı var. YPG-yə silah yardımı barədə qərarın Ərdoğanın səfərinə bir həftə qalması nəzakət qaydalarına uyğun gəlmir”, - Mehmet Acet qeyd edib.

Yazar qeyd edir ki, Ankaranın Suriya və İraqda öz təhlükəsizliyini təmin etmək imkanları Barak Obama dövrünün son aylarından daha güclüdür. O, 2015-ci ilin yayından bu yana yaşananları xatırladıb:

1.PKK-nın Türkiyə torpaqlarında həyata keçirməyə çalışdığı layihə təşkilatın ağır məğlubiyyəti ilə nəticələndi.

2. Türkiyə “Fərat Qalxanı” və 23 aprel əməliyyatları sərhəd xaricində də təsirli hücumlar həyata keçirə biləcəyini göstərdi.

ABŞ-ın 2013-cü ildən bu yana Suriya siyasətini PYD terror təşkilatı ilə ittifaq üzərində qurduğunu yazana Taha Dağlıq qeyd edir ki, Obamanın son 2 ili PYD terrorçularına silah və hərbi yardım göndərməklə keçdi. Yazar bildirir ki, Obama postunu tərk etməsinə az qalmış qəbul etdiyi büdcə ilə təşkilata özündən sonra da silah göndərilməsinin yolunu açdı.

“Donald Trampın PYD mövzusunda geri addım atacağına ümid var idi. Ancaq verdiyi təlimat və Pentaqonun bunu təsdiqləməsi göstərdi ki, ABŞ PYD-nin içində olduğu Suriya siyasətindən asanlıqla imtina etməyəcək. İndi ən çox düşündürücü sual budur ki, Türkiyə bundan sonra nə edəcək. “Dünən nə etdisə, bu gün və sabah da onu edəcək” bu sualın cavabıdır. Türkiyə 15 iyul dövlət çevrilişi cəhdindən sonra ordudakı xainləri təmizlədi. 24 avqust 2016-cı il tarixində “Fərat Qalxanı” hərəkatına başladı. ABŞ o gündən Suriya siyasətini müstəqil şəkildə icra edir. Türkiyə ABŞ-ın oyundan kənar saxlanıldığı Suriyada Azez-Cerablus xəttini İŞİD-dən təmizlədi, PYD terrorçularının buraya gəlməsinə mane oldu. Beləliklə, sərhədimizdə terror kantonlarının birləşdirilməsi ehtimalına son qoyuldu”, - Taha Dağlı qeyd edib.

Taha Dağlı ABŞ tərəfindən YPG-yə verilən silahların siyahısına diqqət çəkib: “ABŞ terrorçulara ağır silahlar, raketlər verir. Niyə? İŞİD-ə qarşı mübarizə üçün. İŞİD-in təyyarəsi varmı? Yox. O halda ABŞ PYD-yə qurudan havaya atılan və təyyarəni vura bilən mərmiləri niyə verir? Türkiyə PKK və PYD-ni vurmaqda davam edəcək. Biz vurmasaq, bu terrorçular ABŞ-dan aldığı silahlarla bu gün olmasa da, sabah bizi vuracaq. Bir ildir ki, ABŞ-a baxmayaraq Suriyadayıq və bütün planlarımızı ABŞ olmadan həyata keçirdik. Buna görə də itirəcək bir şey yoxdur, siyasətimiz eynilə davam edəcək. Amma ABŞ Türkiyə kimi bir gücü deyil, PYD terror təşkilatını seçməsinin əvəzini bir gün mütləq ağır şəkildə ödəyəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm