Moskvadan Vaşinqtona SƏRT XƏBƏRDARLIQ: Əks halda ABŞ-a...
Bizi izləyin

Dünya

Moskvadan Vaşinqtona SƏRT XƏBƏRDARLIQ: Əks halda ABŞ-a...

Əks halda Moskva

ABŞ və Rusiya arasında davam edən gərginlik fonunda Moskvadan Vaşinqtona növbəti xəbərdarlıq edilib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov kəşfiyyat işlərinin aparılması səbəb göstərilərək bağlanılan Rusiya diplomatik nümayəndəliklərinin binalarının geri verilməsini tələb edib.

Yuri Uşakov ABŞ-a xəbərdarlıq edərək bildirib ki, əks halda Moskva lazımı tədbirləri görəcək.

“ABŞ-ın qəbuledilməz hərəkətlərindən sonra həm prezident Vladimir Putin, həm də xarici işlər naziri Sergey Lavrov diplomatiyanın ən əhəmiyyətli prinsipinin “qarşılıqlılıq” olduğunu bildirərək lazımı addımlar ata biləcəyini xatırladıblar. Amerikalı səlahiyyətlilərdən konkret addımlar gözləyirik”, - deyə Putinin köməkçisi dilə gətirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm