Dünya
10 yaşda ərə verildi, 13 yaşda ana oldu, 14 yaşda dul qaldı - VİDEO - FOTO
"Həyətdə oynayırdım. Anam çağırdı və dedi ki, elçilər gəlmişdi, onlara "Hə" deyib. Ərə verilmişdim. Həyatım məhv olmuşdu. 10 yaşda ərə verildim. 13 yaşım olanda hamilə oldum, 14 yaşımda isə artıq dul idim".
38 yaşlı Alemstaye Qebrekidan Efiopiyada
yaşayırdı. O, 10 yaşı olanda 16 yaşındakı yeniyetməyə ərə
verilmişdi.
Efiopiyadakı vətəndaş müharibəsində döyüşlərdən birində əri həlak olan A.Qebrekidan o vaxt artıq 2 yaşlı oğul anası idi. Çünki Alemstaye 13 yaşda hamilə qalmışdı.
A.Qebrekidan indi Londonda yaşayır və dünyanın müxtəlif ölkələrində
yetkinlik yaşına çatmamış şəxslərin erkən nikahlarına qarşı
mübarizə aparan beynəlxalq təşkilatda çalışır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Alemstaye deyir: "Anam
elçilərin gəldiyini, onların təklifinə razılıq verdiyini söyləyəndə
ağladım. Valideynlərimə heç nə demədim. İki ay sonra isə toyum oldu
və 16 yaşlı oğlana ərə verildim. Ölkəmdə mənim kimi minlərlə, on
minlərlə biçarə var. Bu qızların çoxu nikahdan sonra hamilə qalanda
və ya ilk övladını doğanda ölür".
Alemstaye Qebrekidanın dedikləri şok effekti yarada bilər.
Lakin Afrika və Asiyada hər il milyonlarla qız
Alemstayenin acı taleyini təkrarlayır.
Yetkinlik yaşına çatmamış ərə verilən qızlar azyaşlı olduqları
halda cinsi təzyiqlərə məruz qalır, ailədə döyülür, söyülür. Bu
uşaqların həyatları faktiki olaraq əllərindən alınır, çünki onlara
heç bir seçim şansı verilmir.
"Uşaqların zorla ərə verilməsi insan haqlarının dəhşətli şəkildə pozulması ilə yanaşı, bu zavallıları təhsil, səhiyyə huquqlarından və uzunmüddətli perspektivlərdən məhrum edir", - BMT-nin UNFPA təşqkilatının icraçı direktoru Babatunde Osotimehin deyir.
UNİCEF-in açıqladığı hesabat isə daha acınacaqlıdır.
"Dünyada hər il yetkinlik yaşına çatmamış qızların 1/3 hissəsi
ərə verilir. Onların hər 9 nəfərdən biri ərə veriləndə 15 yaşına
çatmamış olur. Bu durum dəyişməzsə, gələn onillikdə 142000000 qız
18 yaşa çatmamış halda ərə veriləcək. Yəni hər il təqribən 14,2
milyon qız yetkinlik yaşına çatmamış, zorla ərə verilir.
Yoxsul ailələrdə azyaşlıların ərə verilməsi halları normal rifah
səviyyəsində olan ailələrlə müqayisədə 2 dəfə çoxdur. 15 yaşına
çatmamış qızın doğuş zamanı ölmə ehtimalı 20 yaşlı qızla müqayisədə
5 dəfə artıqdır. Hamiləlik dünyada 15-19 yaşlı "nikahlı qadın"ların
ölümlərinin əsas səbəblərindən biridir. Bundan başqa, Afrika və
Asiyada azyaşlıların ərlərindən müxtəlif dəri-zöhrəvi xəstəliklər
və QİÇS/HİV virusuna yoluxma riski də çox böyükdür", - UNİCEF-in
hesabatında deyilir.
Alemstayenin oğlu indi 25 yaşdadır.
"Oğlumu dünyaya gətirəndə dəhşətli əzablar çəkdim, çünki
uşaqdım, cəmi 13 yaşım vardı. Oğlumu böyütmək də çətindi. 14 yaşda
dul qalmışdım. Özüm uşaq olduğum halda uşaq böyüdürdüm", -
Alemstaye söyləyir.
Erkən nikahların ən çox yayıldığı ölkələr
(UNİCEF):
1 . Niger
2 . Çad
3 . Mərkəzi Afrika Respublikası
4 . Banqladeş
5 . Qvineya
6 . Mozambik
7 . Mali
8 . Burkina-Faso
9 . Cənubi Sudan
10 . Malavi
11 . Madaqaskar
12 . Eritreya
13 . Hindistan
14 . Somali
15 . Syerra-Leone
16 . Zambiya
17 . Dominikan Respublikası
18 . Efiopiya
19. Nepal
20 . Nikaraqua
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO