Dünya
Ərini bacısına öldürtdürən mafiya başçısı tutuldu - - FOTOLAR
Latın Amerikası ölkələrində çoxsaylı cinayətkar dəstələrin törətdiyi qətllər əhalini narahat edirdi.
Publika.az xəbər verir ki, "Patroniçə" ləqəbi ilə tanınan Qvatemalanın ən qatı mafiyasının yeganə qadın lideri Marixa Lemus saxlanılıb.
Marixa Lemusun muzdlu qatillərdən ibarət dəstəsi törətdikləri cinayətlərlə ölkədə qorxu imperatorluğu yaratmışdılar.
Mafiyanın cinayətkar üzvlərinin hamısı qadının qohumlarıdır. Öz həyat yoldaşını bacısına öldürtdürən qadın 6 ildir ki, axtarılırdı.
Uzun müddət axtarışdan sonra Marixa Lemus keçən ilin sonunda geniş miqyaslı əməliyyatlar nəticəsində həbs olunmuşdu. Lakin həbsxana işçilərindən bir neçəsini pulla ələ alan qadın az sonra cəzaçəkmə müəssisəsindən qaçmağa müvəffəq olub.
Tanınmamaq üçün saçlarının rəngini dəyişən qatil qadın Qvatemala polisi tərəfindən yenidən saxlanılıb. Qadına 94 il müddətinə ağırlaşdırılmış həbs cəzası kəsilib.
Könül Cəfərli
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO