Baltikyanı ölkələrdən Qafqaza qədər... - Böyük müharibənin ANONSU VERİLDİ
Bizi izləyin

Dünya

Baltikyanı ölkələrdən Qafqaza qədər... - Böyük müharibənin ANONSU VERİLDİ

NATO-nun Baltikyanı ölkələrində genişmiqyaslı hərbi təlimləri Moskvanın demarşına - Rusiyanın qərbində planlaşdırılan Rusiya-Belarus hərbi təlimlərinə cavabdır.

Publika.az xəbər verir ki, bunu “Ukrayna NATO-da” Ümumukrayna ictimai təşkilatının sədri, Ukraynanın Atlantika Şurasının sədri Yuri Romanyuk “Obozrevatel” nəşrinə deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti bu il uzun illər ərzində ilk dəfə Baltikyanı ölkələrlə sərhəddə və Belarus ərazisində genişmiqyaslı Rusiya-Belarus hərbi təlimlərini planlaşdırıb.

“Təlimlərin miqyası olduqca böyükdür. Əgər daha əvvəllər Rusiya Müdafiə Nazirliyi texnika, silahlar və şəxsi heyətin daşınması üçün 400 vaqon cəlb edirdisə, qarşıdakı təlimlərə 4000 mindən çox vaqon cəlb ediləcək. Cəlb ediləcək hərbi qulluqçuların ümumi miqdarı 100 mindən çoxdur", - Romanyuk vurğulayıb.

Təşkilat sədrinin fikrincə, Baltikyanı ölkələrdə NATO-nun genişmiqyaslı təlimləri Rusiyaya dəqiq siqnaldır ki, NATO öz sərhədlərində güzəşt etməyəcək və Rusiyanın ittifaqa üzv ölkələrlə Ukrayna və Gürcüstanla davrandığı kimi davranmasına icazə verməyəcək.

Daha əvvəl yayılan məlumata görə, ABŞ hərbi hava gücləri Avropaya B-52 strateji bombardmançıları göndərmək niyyətindədir. Nüvə başlıqları daşıya bilən bombardmançılar Rusiya ilə sərhədlərdə NATO-nun təlimlərində iştirak edəcəklər.

Ötən ay Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov xəbərdarlıq edib ki, Rusiya Belarusla birgə keçirəcəyi “Qərb-2017” genişmiqyaslı təlimlər zamanı Avropa istiqamətində, xüsusilə Polşa və Litvaya qarşı hücum əməliyyatlarını yerinə yetirməyə hazırlaşır.

Bu, “Qərb-2017” təlimləri ilə bağlı ilk analoji bəyanat deyil. Daha əvvəl Litva prezidenti Dalya Qribauskayte deyib ki, Rusiya və Belarusun “Qərb-2017” birgə hərbi təlimləri Moskva və Minskin Qərblə müharibəyə hazırlaşdığını göstərir.

“Biz müxtəlif təhlükələrin olduğunu və onların artdığını görürük. Həmçinin, “Qərb-2017” təlimlərini narahatlıqla gözləyirik. Təlimlər çərçivəsində Qərblə müharibəyə əyani hazırlıq gedir”, - deyə Qribauskayte bildirib.

Ukraynanın ehtiyatda olan generalı Dmitri Umanes cari ilin martında “Obozrevatel” nəşrinə açıqlamasında deyib ki, “Qərb-2017” Rusiya-Belarus təlimləri Kremlin öz planlarından imtina etmədiyini göstərir.

Bir çox müharibə və silahlı konfliktin məhz təlimlərin süjeti əsasında başlandığını deyən general Belarus ərazisinin Rusiya ordusunun mümkün hücum hərəkətləri üçün rahat olduğunu xatırladıb. O, xüsusilə Çerniqov və Kiyev istiqamətinin təhlükəli olduğunu qeyd edib.

Daha əvvəl Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bildirib ki, “Qərb-2017” təlimləri Belarus ərazisindən Ukraynaya birbaşa təcavüzə çevrilə bilər.

Vaşinqtonda yerləşən Atlantik Şurasının xarici siyasət məsələləri üzrə eksperti Stiven Blank mart ayında “Atlantic Council” üçün yazdığı məqaləsində qeyd edib ki, “Qərb 2017” təlimləri və Rusiyanın digər hərbi planları Ukrayna, Belarus və hətta Qafqaza yeni müdaxilə barədə qorxuları artırır.

Analitiklərə görə, avqust-sentyabr aylarında Belarusda keçiriləcək “Qərb-2017” təlimlərində Rusiyanın məqsədi NATO-ya güc nümayişi ilə yanaşı, Belarusun da onun təsir dairəsində olduğunu nümayiş etdirməkdir. Hansı ki, indi Belarus bunda o qədər də maraqlı deyil. Minsk Qərblə münasibətləri normallaşdırmağa çalışır və bu istiqamətdə xeyli irəliləyişlərə nail olub. Məhz bu səbəbdəndir ki, son vaxtlar Moskva və Minsk arasında münasibətlərdə soyuqluq yaranıb.

Ötən ilk noyabrında Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, Rusiya gələn il Belarusa əvvəlki illərdən 80 dəfə çox hərbi texnika və hərbçi göndərəcək. Belarusa göndəriləcək hərbi texnika və hərbçilər üçün 4 min vaqondan istifadə ediləcək.

Ekspertlərin fikrincə, genişmiqyaslı təlimlər ya Belarusda hərbi nəzarətin təmin edilməsi, ya da ki Ukrayna, Baltikyanı ölkələr və Polşaya hücum üçün nəzərdə tutulur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm