Səudiyyə “Al Jazeera” telekanalının yayımını dayandırdı
Bizi izləyin

Dünya

Səudiyyə “Al Jazeera” telekanalının yayımını dayandırdı

Buna səbəb Qətərin terrorçulara dəstək verməsidir.

Səudiyyə Ərəbistanı hökuməti Qətərin “Al Jazeera” dövlət televiziyasının ölkəsində yayım lisenziyasını dayandırmaqla bağlı qərar qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən “Al Jazeera” dövlət televiziyasının Səudiyyə Ərəbistanında fəaliyyət göstərən ofisi də bağlanılacaq.

Səudiyyə Ərəbistanı hökuməti Qətərdə çalışan jurnalistlərini də ölkəyə qayıtmağa çağırıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla 6 ərəb ölkəsi və Maldiv adaları Qətərlə diplomatik münasibətləri dayandırıb. Buna səbəb Qətərin terrorçulara dəstək verməsidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm