Tehranda terror törədənlərin başçısı məhv edildi
Bizi izləyin

Dünya

Tehranda terror törədənlərin başçısı məhv edildi

Terror aktları nəticəsində 17 nəfər həlak olub, 43 nəfər yaralanıb.

İran kəşfiyyatı bir neçə gün əvvəl paytaxt Tehranda terror aktları təşkil etmiş silahlı qrupun rəhbərinin ölkənin təhlükəsizlik qüvvələri tərəfindən məhv edildiyini xəbər verib.

Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Qeyd edək ki, qadın paltarı geymiş 4 nəfərdən ibarət qrupun üzvləri çərşənbə günü səhər İran parlamentinin binasına atəş açıb. Onlardan biri sonradan özünü partladıb.

İranın Daxili İşlər Nazirliyi terrorçulardan birinin zərərsizləşdirildiyini təsdiqləyib. Bununla yanaşı, Ayətullah Xomeyninin məqbərəsinə də hücum edilib. Hücumçulardan biri məqbərədə partlayış törədib.

Güc strukturları mavzoleyin yanında iki nəfəri həbs edib. Terror aktları nəticəsində 17 nəfər həlak olub, 43 nəfər yaralanıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm