Bayram günü ACI XƏBƏR GƏLDİ - 1 şəhid, 1 yaralı
Bizi izləyin

Dünya

Bayram günü ACI XƏBƏR GƏLDİ - 1 şəhid, 1 yaralı

Türkiyənin Elazığ şəhərinin Karakoçan bölgəsinin Bingöl sərhəddində terroristlərlə təhlükəsizlik xidməti əməkdaşları arasında atışma baş verib.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 əsgər şəhid olub, 1-i yaralanıb.

Hadisə təhlükəsizlik xidməti əməkdaşlarının terroristlərə qarşı keçirdiyi əməliyyat zamanı baş verib. İki əsgər yaralanıb. Xəstəxanaya yerləşdirilən əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Yaralı əsgərin müalicəsi davam etdirilir. Hazırda qaçan terroristlərin axtarışı üçün helikopterlər cəlb edilib.

Qeyd edək ki, Türkiyə də müsəlman ölkəsi olaraq bu gün Ramazan bayramı qeyd edilir. Bayram günlərində ilk şəhid xəbəri gəlib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm