Avqustda Yaponiya hökumətinin tərkibi dəyişəcək
Bizi izləyin

Dünya

Avqustda Yaponiya hökumətinin tərkibi dəyişəcək

Baş nazir Şinzo Abe rəhbərlik etdiyi Yaponiya hökumətinin tərkibində dəyişikliklər etmək üçün son hazırlıq işlərinə başlayıb.

NHK telekanalının yaydığı məlumata görə, Baş nazir Nazirlər Kabinetinin tərkibində dəyişikliklərə iyulun 12-də, Tokioya qayıtdıqdan sonra başlayacaq. Hazırda o, Almaniyada G20 sammitində iştirak edir.

Telekanalın bildirdiyinə görə, hökumətdə dəyişikliklərə ehtiyac Tokio assambleyasına seçkilərdə hakim Liberal Demokratik Partiyanın uğradığı ağır məğlubiyyətdən sonra yaranıb.

Son vaxtlar aparılan ictimai rəy sorğularının nəticələri də Ş.Abe hökumətinə dəstəyin zəiflədiyini təsdiq edir. Xüsusən Baş nazirin vəzifəsindən sui-istifadə edərək yaxın dostunun kommersiya layihəsinə dəstəyi barədə sənədlər aşkarlandıqdan sonra bu inam daha da zəifləyib. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm