Tramp Fransa prezidentinin arvadına elə sözlər dedi ki... - QALMAQAL
Bizi izləyin

Dünya

Tramp Fransa prezidentinin arvadına elə sözlər dedi ki... - QALMAQAL

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Tronyöyə kompliment deyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Parisə səfəri zamanı Fransanın birinci xanımının çox gözəl fiziki formada olduğunu bildirib.

KİV yazır ki, Trampın komplimenti sosial şəbəkələrdə mənfi reaksiya doğurub. Onlar ABŞ prezidentini seksizmdə ittiham ediblər.

“Cənab Tramp, qadınlar o haqda çağırılmamış qeydləri eşitmək istəmirlər ki, siz onların bədənləri haqqında düşünürsünüz. Bu, kobud və yersizdir”, - Amerika aktrisası Cenifer Sibel qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti dünən Parisə ilk səfərini reallaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm