İşğal olunmuş ərazilərin azad edilməsi üçün YEGANƏ YOL: Rusiya...
Bizi izləyin

Dünya

İşğal olunmuş ərazilərin azad edilməsi üçün YEGANƏ YOL: Rusiya...

“Krım və Donbasın işğal edilmiş rayonlarının Ukrayna tərkibinə hərbi yolla qaytarılması ehtimalı çox kiçikdir”.

Publika.az xəbər verir ki, bunu “Apostrof” nəşrinə müsahibəsində Ukraynanın işğal edilmiş ərazilərin məsələləri üzrə nazir müavini Georgi Tuk deyib.

Tuk qeyd edib ki, Donbasın hərbi yolla qaytarılmasının tərəfdarı deyil. Onun sözlərinə görə, Ukrayna ordusu hələ Rusiya ordusu ilə qarşıdurmaya girə biləcək qədər güclü deyil.

“Bəli, bizim uşaqlarımız indi fədakarcasına vuruşurlar. Amma növbəti dəfə deyirəm, başı qumdan çıxarmaq və səmimi danışmaq lazımdır. Hazırda bizə qarşı aviasiya və raketlər hərəkət etmir. Silahların bu növlərindən istifadə halında müdafiə olunmağa qadirikmi? Məndə şübhələr var ki, Rusiya aviasiya və strateji təyinatlı raket qüvvələrini tətbiq edəcəyi halda lazımı şəkildə müdafiə oluna biləcəyik. Mən hələ nüvə silahı haqqında danışmıram. Sadəcə inanmıram ki, bu silahdan istifadə edilə bilər”, - o izah edib.

Nazir müavininin fikrincə, Ukrayna və bütün dünya üçün daha optimal variant Rusiyanın ümumiyyətlə dövlət kimi mövcudluğunu dayandırmasıdır.

“Mən 1990-cı illəri əla xatırlayıram. Ural Respublikası, Başqırdıstan, Tatarsıtan, Kareliya və Çeçenistan Respublikasını əla xatırlayıram. Onlar öz ərazilərinin üzərində mülki aviasiyanın uçuşlarını qadağan etdilər, çünki “bura bizim ərazimizdir” deyirdilər. Buna görə də “heç vaxt” deməyin. Mən inanıram ki, imperiyanın iflasını görəcəyəm. Məhz həmin vaxt Krımı qaytaracağıq”, - Tuk yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm