Suriyada SDG ilə müxaliflər arasında QARŞIDURMA: 15 ölü
Bizi izləyin

Dünya

Suriyada SDG ilə müxaliflər arasında QARŞIDURMA: 15 ölü

Suriyada SDG ilə müxaliflər arasında QARŞIDURMA: 15 ölü

Suriyanın şimalında Demokratik Qüvvələrlə Türkiyənin dəstək verdiyi müxalif qruplar arasında qarşıdurma yaşanıb.

Publika.az xəbər verir ki, Hələbin Eyn Dakna kəndi yaxınlığında yaşanan qarşıdurmada 15 nəfər həlak olub.

3 gündür davam edən qarşıdurmada ölənlərin suriyalı müxaliflər olduğu, SDG-nin 4 əsgərinin yaralandığı bildirilib.

Qeyd edək ki, ABŞ tərəfindən dəstəklənən SDG-nin özəyini Kürd Demokratik Birlik Partiyasının (PYD) silahlı dəstəsi olan YPG təşkil edir.

YPG-dən verilən açıqlamada düşmənin 9 cəsədinin əllərində olduğunu və bu cəsədləri ailələrinə çatdırılması üçün Kürd Qızılay Cəmiyyətinə təslim edəcəkləri bildirilib.

Müxaliflər isə yeni hücumlar təşkil edəcəklərini bəyan ediblər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm