Dünya
10 yaşlı qız dayısından hamilə qaldı, məhkəmə aborta icazə vermədi - ŞOK
Hindistan məhkəməsi dayısının cinsi təcavüzü nəticəsində hamilə qalan 10 yaşlı qızın abort etdirməsinə icazə verməyib.
Publika.az xəbər verir ki, həkimlər azyaşlının həyatının təhlükə altında olduğu üçün abort edilməsinə qarşı çıxıb.
Dayısı tərəfindən cinsi təcavüzə uğrayan azyaşlı 26 həftəlik hamilədir.
Hindistan qanunlarına görə, hamiləliyin 20-ci həftəsindən sonra abort etmək qadağandır. Lakin ciftin genetik xəstəliyi olduğu durumunda istisna olaraq abort edilə bilər.
Azyaşlı qızların hamilə qalma faktı nadir hal olduğu üçün həkimlər də təəccüb içində qalıb.
Uşağı müayinə edən həkimlər onun çanaq sümüklərinin tam olaraq inkişaf etmədiyi üçün hamiləliyin riskli olduğunu bildiriblər. 10 yaşında təbii doğuşun imkansız olduğunu deyən ginekoloqlar əməliyyatla süni doğuş ediləcəyi təqdirdə ananın həyatını itirəcəyi ehtimalını da gizlətməyiblər.
Azyaşlıya 8 dəfə təcavüz edən dayı isə həbs edilib. Cinayətkarın məhkəmə prosesi başa çatmayıb.
Zümrüd
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir

























.jpg)









