İspaniya Kataloniyanın müstəqillik referendumunu əngəllədi
Bizi izləyin

Dünya

İspaniya Kataloniyanın müstəqillik referendumunu əngəllədi

İspaniya Konsitutsiya Məhkəməsi Kataloniyanın müstəqillik referendumu tərtib olunması və bu layihənin qəbul edilməsi üçün parlamentin səlahiyyətinə düşən bütün yollara əngəl qoydu.

Publika.az xəbər verir ki, Kataloniya hökuməti İspaniyaya cavabını gecikdirmədi.

Hökumət məhkəmə hakimlərinin qərarını İspaniyanın Baş naziri Mariano Racoyun istəyi ilə qəbul etdiklərini iddia edib.

Qeyd edək ki, 1 oktyabr tarixində səsverməyə çıxarılması nəzərdə tutulan Kataloniyanın Müstəqillik Referendumu Konsitutsiya məhkəməsinə İspaniya hökuməti tərəfindən verilmişdi.

Baş nazir isə Kataloniya referendumunun konsitutsiyaya zidd olduğunu dəfələrlə söyləmiş və Kataloniyanın başçısı Çarlz Puiqdemontun müstəqillik referendumu üçün müzakirə təklifinə “istəmirəm, inanmıram, mənim nazirliyim müddətində olmayacaq” cavabını vermişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm