Dünya
Ankara polisindən daha 470 nəfər uzaqlaşdırıldı
“Böyük rüşvət” əməliyyatından sonra yeni daxili işlər naziri Efkan Alanın vəzifəyə gəlişi ilə Türkiyə polisində işdən qovulma və iş yerini dəyişdirmə prosesi davam edir.
Publika.Az xəbər verir ki, yanvarın 22-də çoxu Qaçaqçılıq və
Mütəşəkkil Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları olmaqla 470
polis məmurunun iş yeri dəyişdirilib.
17 Dekabr rüşvət və korrupsiya əməliyyatı Ankara Polis İdarəsində
yüksək çinli məmurların işdən çıxarılasına səbəb olub. Son
əməliyyatla isə 17 dekabrdan əvvəl çalışan heyət tamamilə
dəyişdirildi.
Ankara polis idarəsində daha öncə müxtəlif şöbələrdən 90 nəfəri
rütbəli olmaqla 670 polis məmuru başqa şəhərlərə
göndərilmişdi.Vəzifədən kənarlaşdırma təkcə polisdə deyil, eyni
zamanda prokurorluq, maliyyə, dövlət televiziyası TRT kimi fərqli
qurumlarda da yaşanıb.
“Korrupsiya əməliyyatı”ndakı həbsləri və bu həbsləri həyta keçirən
polis və prokurorların işdən çıxarılmasını islamçı baş nazir Receb
Təyyib Ərdoğanla hazırda sürgündə olan ilahiyyatçı lider Fətullah
Gülən arasındakı mübarizə ilə izah edirlər.
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi