Polis bölməsinə basqın edildi: Ölənlər var
Bizi izləyin

Dünya

Polis bölməsinə basqın edildi: Ölənlər var

Əfqanıstanın cənubunda yerləşən Helmand vilayətinin Nəvah bölgəsindəki polis bölməsinə silahlı hücum təşkil edilib.

Publika.az xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində 6 polis həlak olub, 3-ü yaralanıb.

Helmand bölgəsinin şura vəkili Ataullah Əfqan hücumu Taliban döyüşçülərinin təşkil etdiyini deyib.

Taliban terror təşkilatından verilən açıqlamada isə basqın nəticəsində 2 polis bölməsinin onların nəzarətinə keçdiyi, 28 əsgər və polisin öldürüldüyü bildirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm