ABŞ YPG-yə müdaxilə etmək məcburiyyətində qaldı: Evləri qarət edirlər
Bizi izləyin

Dünya

ABŞ YPG-yə müdaxilə etmək məcburiyyətində qaldı: Evləri qarət edirlər

Suriyanın Rakka şəhərində PKK/PYD terror təşkilatının üzvləri sivil vətəndaşların evlərini qarət etməyə başlayıblar.

Publika.az-ın məlumatına görə, hadisənin miqyası o qədər böyüyüb ki, sakinlərlə terrorçular arasında qarşıdurma yaşanıb. Terror təşkilatına hərbi yardım üçün göndərilən ABŞ döyüşçüləri bölgəyə zirehli avtomobillərlə müdaxilə edərək, qarşıdurmaya son vermək məcburiyyətində qalıb.

Bundan başqa, PKK terror təşkilatı İŞİD terror təşkilatına qarşı təşkil etdiyi əməliyyatlar daxilində atəşə tutulan Rakkadan qaçan sivil vətəndaşların öz nəzarətlərindəki bölgələrə girmələrinə icazə vermir. Təşkilat sığınacaq üçün yaramayan və qida çatışmazlığı olan bölgələrdə sivilləri girov saxlayaraq, onları rüşvət verməyə məcbur edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm