Dünya
Konqoda 251 nəfər qətlə yetirildi
Konqo Demokratik Respublikasının (KDR) mərkəzi hissəsində təhlükəsizlik qüvvələrinin və yerli hakimiyyət orqanlarının da cəlb olunduğu məqsədyönlü hücumlar nəticəsində 250-dən çox insan, o cümlədən yaşı 8-dən az olan 30 uşaq qətlə yetirilib.
"Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının İdarəsi bildirib.
İdarə tərəfindən hazırlanmış məruzəyə əsasən, KDR-da BMT-nin müstəntiqləri tərəfindən toplanmış informasiyada bildirilir ki, Kasaidə edilmiş pozuntulardan və təhqirlərdən bəziləri beynəlxalq hüquqa uyğun olaraq cinayət hesab edilə bilər.
"BMT komandası təsdiq edib ki, martın 12-dən iyunun 19-dək 251 insan məhkəmədən kənar və məqsədyönlü qətllərin qurbanı olub. Bu sırada uşaqlar da var, onların 30-nun yaşı səkkizdən azdır. Müstəntiqlər tərəfindən ifadəsi alınmış insanlar qeyd ediblər ki, təhlükəsiz qüvvələri və başqa rəsmi şəxslər fəal şəkildə təhrikçiliklə məşğul olublar və vaxtaşırı etnik zəmində həyata keçirilmiş hücumları əlaqələndiriblər. BMT-nin missiyası Kasaidə azı 80 kütləvi məzar aşkar edib", - deyə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının İdarəsindən bildirilib.
İdarənin məlumatına görə, ən qəddar divantutmalardan biri Sink kəndində olub. Burada zorakılıqlardan qaçıb xəstəxanada gizlənmiş 90-a yaxın insan yandırılıb.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO