Dünyanın ən zəngin deputatları bu ölkədədir - SİYAHI
Bizi izləyin

Dünya

Dünyanın ən zəngin deputatları bu ölkədədir - SİYAHI

Ukrayna deputatları rəsmi əmək haqqının səviyyəsinə görə Avropa ölkələri arasında birinci yeri tutur.

Publika.az xəbər verir ki, Avropa ölkələrində deputatların əmək haqları üzrə statistikanı “Deutsche Welle” nəşri dərc edib.

Yoxsulluq və korrupsiyanın yüksək olduğu ölkədə hər ikinci deputat multimilyonçudur. Deputatların təxminən 20 faizinin şəxsi təyyarələri, yaxtaları və vertolyotları var. Təxminən 96 faizi Ukraynanın ən böyük müəssisələrinə sahibdir, hərçənd Ukrayna qanunları üzrə bu qadağandır.

İkinci yer fransalı deputatlar tuturlar. Onlar orta əmək haqqından təxminən altı dəfə çox alırlar. Sonrakı yerlərdə Almaniya (orta əmək haqqından 5,5 dəfə çox), İtaliya (orta əmək haqqından 5 dəfə çox) və Slovakiya (orta əmək haqqından 4 dəfə çox) deputatları qərarlaşıblar.

Bolqarıstan, Lüksemburq və Macarıstan kimi ölkələrdə isə deputatın əmək haqları orta əmək haqqından hətta iki dəfə çox deyil.

Qeyd edək ki, İsveçrənin nüfuzlu “Creduit Suisse” bankının məlumatına görə, Avropanın ən kasıb sakinləri Ukraynada yaşayır. “Bloomberg” agentliyinin ötən il açıqladığı siyahıya görə isə Ukrayna dünyanın “ən bədbəxt” iqtisadiyyatı olan ölkələrin reytinqində liderlik edir. Ukrayna ümumilikdə dünyanın ən yoxsul 20 ölkəsi arasındadır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm