120 yeniyetməni SUYA ATDILAR
Bizi izləyin

Dünya

120 yeniyetməni SUYA ATDILAR

Yəmən sahillərində qayıqda miqrantları daşıyan qaçaqmalçılar Efiopiya və Somalidən olan 120 yeniyetməni suya atıb.

Publika.az bildirir ki, bu barədə Reuters agentliyi Beynəlxalq Miqrasiya Təşkilatına istinadən məlumat verib.

Məlumata əsasən, qaçaqmalçılar sahil mühafizəsi gəmilərinə bənzəyən gəmiləri gördükdən sonra yeniyetmələri qayıqdan tullayıblar.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində 29 yeniyetmə miqrantın meyiti aşkarlanıb, 22-si itkin düşüb. Ölən miqrantların orta yaşının 16 olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm