Dünya
Fransada sürücü avtomobili qəsdən kafeyə çırpıb: 1 ölü, 8 yaralı
Fransada avtomobil kafeyə çırpılıb.
Publika.az bildirir ki, bu barədə "Europe1" radiostansiyası məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisə Paris yaxınlığındakı Sena və Marna departamentində, Set Sor kommunasında baş verib. Hadisə zamanı 1 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.
Ölən şəxsin gənc qız olduğu bildirilir. Qeyd olunur ki, yaralananların əksəriyyətinin vəziyyəti ağırdır.
"BFM TV" televiziyası isə hadisənin məqsədli şəkildə törədildiyini xəbər verib. Hadisəni törətmiş sürücü saxlanılıb.
Əraziyə hüquq-mühafizə orqanlarının və təcili yardımın əməkdaşları cəlb edilib. Hadisənin səbəbləri məlum deyil, təhqiqat aparılır.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto